20 
Apr
2018
23:04
56
286
6374
Virtual karabakh

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib

20 Apr, 2018
23:04
6374

Gürcüstan-Azərbaycan sərhədində polis əməkdaşı güllələnib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan-Azərbaycan sərhədində postda Gürcüstan DİN-nin sərhədçi polis əməkdaşının meyiti aşkarlanıb.

Oxu.Az “Sputnik-Qruziya”ya istinadən xəbər verir ki, meyitin üzərində güllə yarası olub.

İnformasiyaya görə, insident Gürcüstanın Laqodexi rayonunda baş verib.Hadisənin təfərrüatı barədə məlumat yoxdur.

Gürcüstanın baş prokurorluğu jurnalistlərə verdiyi açıqlamada, sərhədçinin ölüm faktı ilə bağlı “İntihar həddinə çatdırma” maddəsi üzrə cinayət işinin açıldığı bildirilir. 

Sözügedən maddəyə görə, cinayəti törədən şəxs dörd ilə qədər azadlıqdan məhrum edilə bilər.

F.M.
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri