27 
Apr
2018
00:44
392
106
8326
Virtual karabakh

Özbəkistanda məktəbli qızların bakirəliyi yoxlanılır

27 Apr, 2018
00:44
8326

Özbəkistanda məktəbli qızların bakirəliyi yoxlanılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Özbəkistanın Əndican şəhərinin məktəblərində kütləvi şəkildə qız şagirdlərin bakirəliyi yoxlanılır.

Oxu.Az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Özbəkistan xidməti, məktəblərdən birinin direktoruna istinadən məlumat yayıb.

Mənbə bildirib ki, həkimlər məktəblərə bir-bir baş çəkərək, bütün qız şagirdləri USM müayinədən keçirir. Prosedura görə şagirdlərin hər birindən üç min özbək sumu yığılır.

Kütləvi müayinələrə, həkimə müraciət edən 13 yaşlı qızın hamiləliyin 18-ci həftəsində olmasının aşkarlanması yola açıb. 

Məlum olub ki, yeniyetməni Rusiyada işləyən 60 yaşlı xalası əri zorlayıb. Həmin şəxsə qarşı Özbəkistanın CM-nin 118-ci maddəsi üzrə (“Zorlama”) cinayət işi açılıb. Təqsiri məhkəmədə sübuta yetiriləcəyi təqdirdə onu 20 ilə qədər həbs cəzası gözləyir.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri