May
2018
11:27
383
90
3545
Virtual karabakh

İran parlamentində ABŞ bayrağını yandırdılar - FOTO + VİDEO

9 May, 2018
11:27
3545

İran parlamentində ABŞ bayrağını yandırdılar - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran parlamentinin deputatları ABŞ prezidenti Donald Trampın nüvə razılaşmasından çıxması qərarından sonra kağızdan olan ABŞ bayrağını yandırıblar.

Oxu.Az “Associated Press”ə istinadən bildirir ki, parlamentarilər “Amerikaya ölüm!” deyə qışqırıblar. 

Qeyd olunur ki, bu şüar İran parlamentində tez-tez səsləndirilir.

Qeyd edək ki, bir gün öncə Tramp ABŞ-ın İranla nüvə razılaşmasından çıxdığını bəyan edib.

Onun sözlərinə görə, Vaşinqton İrana qarşı “ən yüksək səviyyə”də sanksiyalar tətbiq etməyi planlaşdırır.

İran Trampın razılıqdan imtina barədə qərarını “qanunsuz” adlandırıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri