15 
May
2018
22:25
419
39
2219
Virtual karabakh

Həmas: İsrailə qarşı etirazlar davam edəcək

15 May, 2018
22:25
2219

Həmas: İsrailə qarşı etirazlar davam edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzza bölgəsinə nəzarət edən Həmas hərəkatının lideri İsmayıl Haniyyə İsrail sərhədində “Böyük qayıdış” yürüşünün davam edəcəyini elan edib.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

İki aya yaxın davam edən “Böyük qayıdış” kampaniyası çərçivəsində keçirilən etiraz aksiyalarında İsrail hərbçiləri 110 fələstinlini qətlə yetirib, 10 minə yaxın insan güllə yarası alıb və ya gözyaşardıcı qazdan zəhərlənib.

“Böyük qayıdış yürüşü davam edəcək, davam edəcək, yenə də davam edəcək. Bizim verdiyimiz qurbanlar yürüşün davam etməsi üçün bir yanacağa çevrildi”, - deyə Haniyyə jurnalistlərə verdiyi açıqlamada bildirib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri