16 
May
2018
00:38
201
37
3753
Virtual karabakh

BMT TŞ-da Qəzza ilə bağlı fövqəladə iclas keçirilib

16 May, 2018
00:38
3753

BMT TŞ-da Qəzza ilə bağlı fövqəladə iclas keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında vəziyyətin gərginləşməsi ilə bağlı fövqəladə iclas keçirilib.

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iclas Küveytin vəsatəti əsasında təşkil olunub.

İclasdan əvvəl TŞ-nın üzvləri Qəzza-İsrail sərhədində baş verən toqquşmalarda həlak olan fələstinlilərin xatirəsini bir dəqiqəlik sükutla anıb.

İclasın gedişində Fələstin və İsrail nümayəndələri baş verənlərlə bağlı qarşılıqlı ittihamlar irəli sürüb, digər ölkələrin daimi nümayəndələri tərəfləri təmkinli olmağa çağırıb.

Diplomatlar eyni zamanda dinc sakinlərin ölümünə görə günahkarların cəzalandırılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, mayın 14-də İsrail hərbçiləri 61 fələstinlini qətlə yetirib, mindən çox etirazçını yaralayıb.

Qanlı toqquşma ilə əlaqədar Qəzza bölgəsində ümummilli tətil elan edilib. Hazırda Fələstinin anklavında nə dövlət, nə də özəl sektora aid müəssisələr işləmir.  

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri