16 
May
2018
16:25
111
21
2224
Virtual karabakh

Dörd nazir və bir ali nümayəndə nüvə məsələsində anlaşdı

16 May, 2018
16:25
2224

Dörd nazir və bir ali nümayəndə nüvə məsələsində anlaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran, Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirləri, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi birgə bəyanat yayaraq nüvə anlaşmasının tam formada qüvvədə qaldığını bildiriblər.

Oxu.Az xəbərinə görə, ABŞ-ın nüvə anlaşmasından çıxdığını elan etməsindən sonra Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Britaniya, Almaniya və Fransa xarici işlər nazirləri Brüsseldə İran xarici işlər naziri ilə görüşüblər.

Görüşdə vurğulanıb ki, BMT-nin Təhlükəsizlik Şurasının nüvə silahının yayılmaması haqqında 2231 saylı qətnaməsinə əsasən, İranla altı ölkə arasında 2015-ci ilin iyununda imzalanmış razılaşma beynəlxalq qanunlara tam uyğundur və böyük diplomatik uğurdur.

Bəyanatda deyilir ki, ABŞ-ın əldə olunan sazişdən birtərəfli qaydada imtina etməsinə baxmayaraq, anlaşmanın icra prosesi davam etdiriləcək və tərəflər öz öhdəliklərinə sadiq qalacaqlar. Həmçinin tərəflər qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün danışıqları daha da intensivləşdirəcəklər.

Bəyanatda vurğulanır ki, İran, Britaniya, Almaniya və Fransa iqtisadi və ticarət əlaqələri dərinləşdirəcək, neft, qaz və neft-kimya məhsullarının ixracını təşkil edəcək, maliyyə və bank sahələrində əməkdaşlığı asanlaşdıracaq və investisiya yatırımları üçün lazımi hüquqi bazanın yaradılmasına çalışacaqlar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri