17 
May
2018
01:10
132
17
4607
Virtual karabakh

Buzlaqlarda qədim sivilizasiyaların izləri aşkarlandı

17 May, 2018
01:10
4607

Buzlaqlarda qədim sivilizasiyaların izləri aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq alim qrupu Qrenlandiya buzlağında e.ə.1100 -ci ildən eramızın 800-cü ilinə qədər olan müddət ərzində hazırlandığı güman edilən qurğuşunun izlərini aşkarlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə pres-reliz “Phys.org”da dərc olunub.

Məlum olub ki, ağır metalın qalıqları qədim Avropa sivilizasiyalarının inkişafı və süqutu dönəmlərinə təsadüf edir.

Qurğuşun qalıqlarının Qədim Yunanıstan və Qədim Roma dövrünün qurğuşun-gümüş mədənlərindən atmosferə qalxdığı, daha sonra hava kütlələri vasitəsi ilə Atlantik okean üzərindən Qrenlandiyaya daşındığını əmin edir.  

Qrenlandiyada ağır metalın zərrəcikləri buzlaqlara düşərək su damcıları və tozla birgə çöküntüyə çevrilib.

Tədqiqatçılar qurğuşun konsentrasiyasının səviyyəsini ölçmək üçün 21 mindən çox ölçü götürüb.

Alimlər əmin edir ki, ən çox atmosfer qurğuşunla, pul kimi istifadə olunan sikkələrin kütləvi istehsalı zamanı çirklənib. Qurğuşun konsentrasiyası eramızdan əvvəl 900-cü illərdə finikiyalıların ticarət marşrutlarını genişləndirdiyi dönəmlərdə əhəmiyyətli dərəcədə artıb.

Roma imperiyasının çiçəkləndiyi illərdə isə pik səviyyəyə çatıb (e.ə. I-II əsrlər) .

Qurğuşun konsentrasiyası  taun epidemiyasının yayıldığı və ya müharibə və siyasi böhran illərində kəskin şəkildə aşağı düşüb.

Qədim romalılar qurğuşundan  sikkələrdən savayı,  su borularının hazırlanmasında geniş istifadə edib. Nəticədə həmin dövrdə onun hazırlanmasına cəlb olunan insanlar xroniki zəhərlənmədən əziyyət çəkib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri