16 
May
2018
23:25
143
224
1530
Virtual karabakh

ABŞ Gürcüstanda hərbi təlim mərkəzi açır

16 May, 2018
23:25
1530

ABŞ Gürcüstanda hərbi təlim mərkəzi açır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 18-də Vaziyanidə Gürcüstan silahlı qüvvələrinin hərbi təlim mərkəzi açılacaq.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya bildirib.

Tbilisidə Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı konfransda çıxış edən İzoriya, ABŞ-ın 2018-2020-ci illərdə sözügedən bazada gürcü əsgər və zabit heyətinin hərbi hazırlıq səviyyəsinin artırılması ilə məşğul olacağını diqqətə çatdırıb.

Söhbət Gürcüstan ordusunun doqquz taborundan gedir.

Xatırladaq ki, Gürcüstan hökuməti fevral ayında belə təlim mərkəzinin yaradılmasını nəzərdə tutan dövlət layihəsi haqqında yerli ictimaiyyəti məlumatlandırmışdı.  

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri