17 
May
2018
10:37
21
100
3564
Virtual karabakh

Aşağı qazancın gözlənilməz təhlükəsi açıqlandı

17 May, 2018
10:37
3564

Aşağı qazancın gözlənilməz təhlükəsi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

London Universitetinin alimləri müəyyən ediblər ki, az qazancı olan insanların ahıl yaşlarda əqli zəiflik riski çox yüksəkdir. 

Oxu.Az “MedicalXpress”ə istinadla xəbər verir ki, araşdırmaçıların məqaləsi “JAMA Psychiatry” jurnalında dərc olunub. 

Ekspertlər “English Longitudinal Study of Ageing” (ELSA) təşkilatının uzunmüddətli araşdırmalarını analiz ediblər. Bu araşdırmalarda 1902-1943-cü illərdə İngiltərədə doğulmuş və yaşamış altı min insan iştirak edib. 

Araşdırmalar zamanı məlum olub ki, yüksək əməkhaqqı alan şəxslərin əqli problemlərdən əziyyət çəkmə ehtimalı az qazanclı insanlardan daha zəifdir. 

Alimlər bunu mövcud yaşayış vasitələrinin insanların həyatına təsiri ilə izah ediblər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri