17 
May
2018
12:32
29
542
18590
Virtual karabakh

Rusiyalı zabit azərbaycanlını amansızlıqla qətlə yetirdi – VİDEO

17 May, 2018
12:32
18590

Rusiyalı zabit azərbaycanlını amansızlıqla qətlə yetirdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskvanın Novoslobosk küçəsində bir nəfəri güllələdiyi üçün həbs edilən Rusiya Daxili İşlər Nazirliyinin ehtiyatda olan polkovnikinin daha bir qətldə əli olduğu ortaya çıxıb. 

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, o, 2017-ci il oktyabrın 16-da saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, zabit Azərbaycan əsilli şəxsi qətlə yetirib.

“İzvestiya” qəzetinin məlumatına görə, eks-polkovnikin qurbanının cəsədi 2017-ci il sentyabrın 8-də Yeni Moskvanın Desnovks kəndində aşkar edilib. Cəsədin üzərində bıçaq xəsarətləri və güllə izləri olub. Daha bir təsadüf polkovnikin hər iki qurbanının sürücü olmasıdır. 

Xatırladaq ki, 2017-ci il oktyabrın 16-da Moskvanın mərkəzində paxtaxt sahibkarlarından birinin sürücüsü öldürülüb. Həmin şəxsə silahdan altı dəfə atəş açılıb. İlkin ehtimallara görə, sürücü muzdlu cani tərəfindən səhvən öldürülüb. Qatil atəş açan zaman biznesmeni hədəf seçibmiş. 

Sonralar yayımlanan informasiyaya görə, insidentə səbəb sürücülər arasında yaranmış münaqişə olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri