17 
May
2018
23:44
35
149
4221
Virtual karabakh

Pentaqon Pxenyanı qıcıqlandıracaq bəyanat yaydı

17 May, 2018
23:44
4221

Pentaqon Pxenyanı qıcıqlandıracaq bəyanat yaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ştatlar Cənubi Koreya ilə birgə hərbi təlimləri davam etdirəcək, ABŞ-KXDR sammiti ərəfəsində belə, bu təlimlərin miqyası və qrafiki dəyişməyəcək.

Oxu.Az xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Onu deyə bilərəm ki, biz təlimlərin miqyasını dəyişdirməmişik. Biz təlimləri çoxdan bəri, hər il keçiririk. Bu manevrlər müdafiə məqsədi daşıyır və ona görə də davam edəcək

Bir daha qeyd edirəm ki,  bu təlimləri ABŞ və Cənubi Koreya silahlı qüvvələrinin hazırlıq səviyyəsini yoxlamaq məqsədi ilə keçiririk.”,- deyə Uayt bildirib.

Xatırladaq çərşənbə axşamı KXDR  ABŞ-ın Cənubi Koreya ilə keçirdiyi “Max Thunder” hərbi təlimlərinə etiraz olaraq mayın 16-da  keçirilməsi planlaşdırılan Cənubi Koreya ilə yüksək səviyyəli danışıqları ləğv edib.

F.M.
www.oxu.az  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri