18 
May
2018
14:36
124
26
2527
Virtual karabakh

Skripal xəstəxanadan buraxıldı

18 May, 2018
14:36
2527

Skripal xəstəxanadan buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal Böyük Britaniyanın Solsberi xəstəxanasından buraxılıb.

Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə regionun səhiyyə idarəsi məlumat verib.

“Skripal özünü yaxşı hiss edir və xəstəxanadan buraxılıb. İnsidentdə zərər çəkənlər üçün bu müddət çox ağır oldu”, - Solsberi rayon xəstəxanasının direktoru Karl Çarlz-Braks deyib. 

Açıqlamada Skripalın harada olması və müalicəsini davam etdirəcəyi ilə bağlı heç bir məlumat verilməyib. 

Xəstəxanadan buraxılan istənilən şəxsin məxfiliyinin qorunması hüququ var. 

Xəstəxananın tibb bacısı Lorna Uilkinsonun sözlərinə görə, Skripal müalicəsini hospitaldan kənarda davam etdirəcək. 

İnsidentdə xəsarət alan Skripalın qızı Yuliya apreldə xəstəxanadan buraxılıb. 

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, hərbi kəşfiyyatçı Sergey Skripal və onu görmək üçün Moskvadan gəlmiş 33 yaşlı qızı Yuliya martın 4-də Solsberidə oturacaqda huşsuz vəziyyətdə tapılıb. Onlar sinir-paralitik maddədən zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

Ə.М.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri