18 
May
2018
17:07
318
49
5026
Virtual karabakh

Ekspert: Putin İsrail və ABŞ-a “sayıqlamamağı” məsləhət gördü

18 May, 2018
17:07
5026

Ekspert: Putin İsrail və ABŞ-a “sayıqlamamağı” məsləhət gördü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti regional müttəfiqlərin dəstəyinə arxalanaraq, cəza strategiyasını, diversiya riskini və çağırışlarını kökündən dəyişir. 

Bu sözləri Oxu.Az-a açıqlamasında azərbaycanlı politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, ABŞ-ın qeyri-standart prezidenti bu gün öz ölkəsində yəhudi lobbisini inamla ruhlandırır, İsraili İran və fələstinlilərə qarşı həvəsləndirməklə Yaxın Şərqdəki ocağı alovlandırır.

“ABŞ səfirliyinin Qüdsə köçürülməsi, fələstinlilərə qarşı dəhşətli zorakılıq dalğasının yaranması, Təl-Əviv ilə Tehran arasında qarşılıqlı raket zərbələri və digər hadisələr vəziyyətin pisləşməsini vəd edir”, - ekspert əlavə edib. 

Abbasov hesab edir ki, İsrail baş naziri Binyamin Netanyahu cəsarətlənib və uğurlarını artırmaq niyyətindədir. 

“Daha sonra o, Moskvanın əhvalını öyrənmək üçün bura səfər etdi. Kremlin sahibi qəti şəkildə ona “sayıqlamamağı” məsləhət gördü”, - o qeyd edib. 

İran məsələsinə gəlincə isə, politoloqun sözlərinə görə, bu ölkə qorxaq deyil. 

“Əslində İran Təl-Əvivi özündən çıxarmağa çalışır və onlara Suriya, Livan və Fələstindəki planlarını həyata keçirməyə imkan vermir. Trampın anti-İran planını həyata keçirmək istəyi öz bəhrəsini verib. 

Ancaq taktiki addımlar böyük təhlükə yaratmır. Tehran tərəfindən Livan, Fələstin və Suriyadakı yeraltı sığınacaqlarda gizlədilmiş yüz minlərlə yaxın və orta mənzilli raketlər oyuncaq deyil. 

Bu ölümcül potensial istənilən zaman işə düşə bilər”, - Abbasov deyib. 

Ekspert bildirib ki, böyük və yüksək texnologiyalı hərbi arsenala sahib olan İsrail istənilən halda geosiyasi nəhəng deyil və İrana hücum etmək üçün bunu mərkəzi güclərlə razılaşdırmalıdır. 

Moskvada Vladimir Putin onu təxribatçı hərəkətlərdən çəkinməyə çağırıb. 

Politoloq qeyd edib ki, son günlər İsrailin hərbi və siyasi şəxslərinin ritorikaları kifayət qədər zəifləyib. İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib ki, biz İranla münaqişəni bitmiş hesab edirik.

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri