18 
May
2018
20:45
370
64
10550
Virtual karabakh

Suriya özünə sponsor tapdı

18 May, 2018
20:45
10550

Suriya özünə sponsor tapdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tehran Suriyada müharibənin baş çatmasından sonra ölkənin yenidən qurulmasında iştirak edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə “Təsmin” agentliyi məlumat yayıb.

İranın nəqliyyat naziri Abbas Axundi ölkənin həm dövlət strukturlarının, həm də özəl müəssisələrinin Suriyanın yenidənqurma layihələrinə sponsorluq etməyə hazır olduqlarını bildirib.

“Yeddi il davam edən böhran və müharibədən sonra, Suriya yeni mərhələyə qədəm qoyub və İran onun bərpasında zəruri rol oynayacaq”, - deyə Axundi bildirib.  

Suriyanın baş naziri İmad Hamis ölkənin qonşunun yardımını qəbul etməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, mayın 18-də Suriyanın Homs vilayətinin Tel-Bisə şəhərində yenidənqurma və təmir işlərinə başlanılıb. Mayın 15-də isə Suriyada son beş il ərzində ilk dəfə olaraq Dəməşq və Homsu birləşdirən avtomagistralın açılışı olub.

Magistral döyüşlər zamanı yaraqlılar tərəfindən məhv edilmişdi.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri