19 
May
2018
00:13
357
259
4289
Virtual karabakh

ABŞ məktəbində atışma: 10 ölü – YENİLƏNİB

19 May, 2018
00:13
4289

ABŞ məktəbində atışma: 10 ölü – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Santa-Fe şəhər məktəbində qanlı qətliamı 17 yaşlı şagird Dimitros Paqursis törədib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ mətbuatında məlumat yayılıb.

Silahlı hücum nəticəsində azı 10 nəfər həlak olub, daha 10 nəfər yaralanıb. Polis əməkdaşları məktəbin ərazisində kustar üsulla hazırlanmış partlayıcı qurğular aşkarlayıb.

Atıcının yerli futbol komandasında çıxış etdiyi məlum olub. Paqursis sosial şəbəkələrdə tez-tez silahlarla poz verdiyi fotoşəkilləri paylaşıb.

Son fotoşəkillərindən birində onun əyində olan futbolkada “Born to Kill” yəni “Öldürmək üçün dünyaya gəlmiş” yazısı olub.  O, eyni zamanda ara-sıra sosial şəbəkə hesablarına nasist simvolikasını əks etdirən fotoşəkillər yerləşdirib.

Qeyd edək ki, bundan əvvəl silahlı hücumun iki nəfər tərəfindən həyata keçirildiyi bildirilirdi.

21:40

ABŞ-ın Santa-Fe şəhər məktəbində baş vermiş atışmada ölənlərin sayı 10 nəfərə çatıb.

Oxu.Az ABŞ KİV-nə istinadən xəbər verir ki, bu barədə dairənin şerifi Ed Qonzales jurnalistlərə açıqlama verib.

Şerif silahlı hücumun iki nəfər tərəfindən həyata keçirildiyini və onların hər ikisinin həbs olunduğunu diqqətə çatdırıb.

CNN telekanalının məlumatına görə, atıcılardan biri məktəbin incəsənət sinif otağına daxil olaraq, içəridə olanlara tüfəngdən kortəbii şəkildə atəş açıb.

Ölənlərdən savayı, bir neçə nəfərin yaralandığı bildirilir. Yaralılar Qalveston şəhər xəstəxanasına çatdırılıb. Şerif zərərçəkənlərdən birinin polis əməkdaşı olduğunu söyləyib.

19:25

ABŞ-ın Texas ştatında məktəbdə baş verən atışma nəticəsində səkkiz  şagird həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

Hadisə yerinə xeyli sayda polis və xilasedicilər göndərilib.

Təhlükəsizlik məqsədi ilə şagirdlər yaxınlıqdakı idman kompleksinə təxliyyə olunub.

Məlumata görə, məktəb binasında atəş açan şəxs polis tərəfindən saxlanılıb. 

Atıcının motivləri hələ ki, bəlli deyil.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri