21 
May
2018
23:01
70
340
3367
Virtual karabakh

İranda göbələkdən kütləvi zəhərlənmə: 15 nəfər ölüb – YENİLƏNİB

21 May, 2018
23:01
3367

İranda göbələkdən kütləvi zəhərlənmə: 15 nəfər ölüb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda yabanı göbələk zəhərlənməsindən ölənlərin sayı 15 nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə “FARS” agentliyi ölkənin fövqəladə hallar idarəsinə istinadən məlumat yayıb.

Zəhərlənənlərin ümumi sayı 1017 nəfər təşkil edir.

Göbələkdən zəhərlənənlər Kürdistan, Lurestan, Zəncan, Qəzvin, Kirmanşah və Qərbi Azərbaycan ostanlarının xəstəxanalarına yerləşdirilib.

50 nəfərin vəziyyəti ağırdır.

20:15

İranın qərb bölgəsində yabanı göbələkdən 800 nəfərdən çox insan zəhərlənib.

Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Zəhərlənənlərdən azı 11 nəfəri dünyasını dəyişib, yüzlərlə insan xəstəxanaya yerləşdirilib.

İranın “Təsnim” agentliyinin məlumatına görə, belə zəhərlənmə hallarına vaxtında müdaxilə edilmədikdə müalicəsi effektiv olmur. Zərərçəkənlərdən azı ikisinin sağ qalması üçün onlara qaraciyər köçürülüb.

Kütləvi zəhərlənməyə səbəb olan göbələk şampinyona bənzədiyindən insanlar onun yeyilməli olduğunu sanıb.

İran hökuməti vətəndaşları bazarlardan yalnız aidiyyəti qurumun verdiyi lisenziya əsasında qablaşdırılmış və möhürlənmiş göbələklər almağa, küçədə çəki ilə satılan göbələklərə yaxın durmamağa çağırıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri