21 
May
2018
20:35
214
19
4408
Virtual karabakh

Ermənistanlı bankir ölkədən 10 milyard dollar çıxarması haqda

21 May, 2018
20:35
4408

Ermənistanlı bankir ölkədən 10 milyard dollar çıxarması haqda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan KİV-də  mərkəzi bankının rəhbəri Artur Cavadyanın ölkədən 10 milyard dollar çıxarması ilə bağlı iddialar yayılıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, mərkəzi bankın rəhbəri parlamentə verdiyi illik hesabatda, bu iddiaları rədd edib.

“Ölkədən 10 milyard çıxartdığımla bağlı yayılan şayiələr barəsindən onu deyə bilərəm ki,  bu düzgün məlumat deyil, bizim ölkədə bu qədər məbləğdə pulu olan bir nəfər belə sahibkar yoxdur” , - deyə Cavadyan bildirib.

Bundan əvvəl Ermənistanın Milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanesyan, yaxın zamanda korrupsiyaya qurşanmış keçmiş dövlət məmurlarının talan etdiyi pulların ölkə büdcəsinə qaytarılacağını bəyan edib.

Mərkəzi bankın rəhbəri, bu məsələ ilə bağlı xüsusi xidmət orqanı ilə informasiya mübadiləsi apardıqlarını qeyd edib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri