21 
May
2018
23:20
273
76
2619
Virtual karabakh

Ruhani: Vaşinqton bizə diktə edə bilməz

21 May, 2018
23:20
2619

Ruhani: Vaşinqton bizə diktə edə bilməz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın İrana və bütün dünyaya diktə etməyə ixtiyarı yoxdur.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu mayın 21-də İran prezidenti Həsən Ruhani bildirib.

Ruhaninin bəyanatı ABŞ dövlət katibinin Tehrana irəli sürdüyü 12 şərtlə bağlı çıxışına cavab olub.

“Dünya artıq bu gün Birləşmiş Ştatların müstəqil və suveren dövlətlərin adından qərarlar qəbul etməsi ilə razılaşa bilməz. ABŞ hökuməti 15 il əvvəlki dönəmə, kiçik Corc Buşun hakimiyyətdə olduğu 2003-cü ilə geri qayıdıb.

İran xalqı sizin riyakarlığınızdan cana gəlib və onu heç vaxt qəbul etməyib də.”,- deyə Ruhani vurğulayıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri