22 
May
2018
16:19
35
487
7974
Virtual karabakh

CNN Qarabağla bağlı təxribatçı süjet hazırladı – VİDEO

22 May, 2018
16:19
7974

CNN Qarabağla bağlı təxribatçı süjet hazırladı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın dünyaca məşhur CNN telekanalı Qarabağla bağlı təxribatçı süjet hazırlayıb. 

Oxu.Az xəbər verir ki, kanal “Anthony Bourdain Parts Unknown” şousunun 11-ci mövsümünü təqdim edib.

Bu mövsümdə dünyanı gəzən və müxtəlif ölkələrin mədəniyyəti, eləcə də, mətbəxi ilə tanış olan amerikalı baş aşpaz Entoni Burden bu dəfə Ermənistana və Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə gedib. 

Bundan başqa, Azərbaycan və Gürcüstan mətbəxinə aid olan yeməklər ermənilərin təamları kimi təqdim olunub, çəkiliş qrupu işğal altındakı Dağlıq Qarabağ ərazisinə gedib. 

Qarabağı “Artsax” adlandıran Entonu Dilicanda “erməni xaşı”nın, Qarabağda “erməni xəngəli”nin, Yerevanda isə “erməni dolması”nın dadına baxıb. 

Lavaş da “erməni milli çörəyi” kimi təqdim olunub. Bununla yanaşı, “erməni soyqırımı” məsələsinə də toxunulub. 

Baş aşbaza məlumat verən şəxslər Osmanlı imperiyası tərəfindən 1915-ci ildə “1,5 milyon erməninin öldürülməsi” ilə bağlı əfsanələr səsləndiriblər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri