25 
May
2018
22:50
807
21
3322
Virtual karabakh

Türkiyə ordusu üç PKK başçısını məhv edib

25 May, 2018
22:50
3322

Türkiyə ordusu üç PKK başçısını məhv edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə silahlı qüvvələrinin Diyarbəkir, Mardin və Siirt vilayətlərində, həmçinin İraqın şimalında mayın 18-dən 24-ə kimi keçiridiyi anti-terror əməliyyatları nəticəsində 49 terrorçu məhv edilib.

Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə SQ-nin baş qərargahı bəyanat yayıb.

Qərargahdan bildiriblər ki, öldürülənlər arasında PKK terrorçu qruplaşmasının üç başçısı var.

Bundan başqa əməliyyatların gedişində 37 partlayıcı qurğu və mina zərərsizləşdirilib, terrorçuların 11 istinadgahı məhv edilib.

Toqquşmalarda ordu yeddi şəhid verib, 12 hərbçi yaralanıb.

Bu müddət ərzində Türkiyə dövlət sərhədini pozmağa cəhd edən 7473 nəfər saxlanılıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri