25 
May
2018
23:12
27
126
3007
Virtual karabakh

Fransada casus qalmaqalı

25 May, 2018
23:12
3007

Fransada casus qalmaqalı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada casus qalmaqalı meydana gəlib. Fransa xarici kəşfiyyat idarəsinin iki keçmiş əməkdaşı, həmçinin onlardan birinin həyat yoldaşı Çinin xeyrinə casusluqda ittiham olunur.

Oxu.Az xəbər verir ki, bu barədə “Mond” qəzetində məlumat dərc olunub.

İkili agentlər bir neçə ay əvvəl həbs olunsalar da, hadisə bu vaxta qədər mətbuatdan gizli saxlanılıb.

Onlar Fransa kəşfiyyatının iş metodikası barədə məlumatları Çin hökumətinə ötürməkdə təqsirləndirilir.

Casuslar Fransanın baş xarici təhlükəsizlik idarəsinin yüksək vəzifə tutub və dövlət sirri sayılan sənədlərin saxlanıldığı məxfi hissəyə girişləri olub.

Çin hökuməti hələ ki, yaranmış qalmaqala münasibət bildirməyib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri