25 
May
2018
23:37
563
29
3353
Virtual karabakh

Makron Qüds məsələsində ABŞ-a dəstək olmadı

25 May, 2018
23:37
3353

Makron Qüds məsələsində ABŞ-a dəstək olmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi yanlış qərardır.

Oxu.Az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Peterburq beynəlxalq iqtisadi forumunun plenar iclasında çıxışında bildirib.

“Mən açıq şəkildə demişəm ki, bu yanlış qərardır.

Hesab edirəm ki, balanslaşdırılmış açıq prinsiplərə əsaslanan regionda sabitliyi pozmamlıyıq.  

Təbii ki, mən iki dövlətin yaradılması ilə bağlı qərarı dəstəkləyirəm. Fransa hər zaman belə çözümün tərəfdarı olub.

Biz danışıqlar aparmalıyıq, iki dövlətin olması vacibdir, hər birinin beynəlxalq miqyasda tanınan paytaxt və sərhədləri olmalıdır və onlar sülh şəraitində yaşamalıdırlar.  

Ona görə mənə elə gəlir ki, səfirliyin köçürülməsi qərarı o qədər də düzgün və arzuolunan addım olmayıb. Biz buna təəssüflənirik”, - deyə Makron vurğulayıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri