26 
May
2018
15:22
54
128
6491
Virtual karabakh

Döyüşçü rəqibini dilə tutdu, qarşı tərəf təslim oldu – VİDEO

26 May, 2018
15:22
6491

Döyüşçü rəqibini dilə tutdu, qarşı tərəf təslim oldu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniyanın qarışıq döyüş növləri üzrə idman ustası Maykl Peyc Londonda “Bellator 200” turniri çərçivəsində keçirilən döyüşdə rəqibi Devid Rikelsi təslim olmağa təlqin edib.

Oxu.Az xəbər verir ki, rinqdə baş verən maraqlı hadisənin görüntüsü “Twitter”də yayılıb.

İkinci raundun əvvəlində Peyc Rikelsin göz nayihəsinə ağır zərbə endirir. Bundan sonra britaniyalı rəqibinə müraciət edərək, ciddi zədələndiyini bildirir və təslim olması üçün onu dilə tutur.

Rikels hakimə müraciət edərək, döyüşü davam etdirmək istəmədiyini bildirib. Peyc avtomatik olaraq döyüşdə qələbə qazanıb.

Bu 31 yaşlı britaniyalının sayca 13-cü qələbəsidir. Peyc öz karyerası ərzində bir dəfə olsun məğlub olmayıb. Rileksin aktivində isə 19 qələbə, passivində 5 məğlubiyyət var.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri