İyn
2018
10:02
15
183
1471
Virtual karabakh

Ermənistan AES təmirə bağlanacaq

1 İyn, 2018
10:02
1471

Ermənistan AES təmirə bağlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistandakı Metsamor AES-in reaktoru bu gündən etibarən təmirə bağlanacaq.

Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir ki, reaktor və 3 saylı turboaqreqat dayandırılacaq.  

Avqustun 1-də modernləşdirilmiş 4 saylı turboaqreqatın istifadəyə verilməsi nəzərdə tutulur. 3 saylı turboaqreqatdakı işlərin isə dekabrın 1-də başa çatması gözlənilir.

AES-in enerji bloku reaktordan və 2 turboaqreqatdan təşkil olunub. Bu il aprelin 14-də modernləşdirmə üçün 4 saylı turboaqreqatın fəaliyyəti dayandırılıb. 

Ermənistan hökumətinin proqramı AES-in istismar müddətini 2026-cı ilədək uzatmağı nəzərdə tutur. 

Maliyyələşmə Rusiyanın 270 milyon dollar məbləğində verdiyi dövlət ixrac krediti və 30 mln. dollar məbləğində ayırdığı qrantın hesabına həyata keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri