İyn
2018
17:31
311
85
4575
Virtual karabakh

İran və İsrail müharibənin astanasındadır? – ŞƏRH

1 İyn, 2018
17:31
4575

İran və İsrail müharibənin astanasındadır? – ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın son aylarda Suriyada hərbi varlığını artırması onu göstərir ki, Tehran düşmənləri ilə qaçılmaz qarşıdurmaya hazırlaşır. 

Bu sözləri Oxu.Az-a açıqlamasında tanınmış rusiyalı bloqer, siyasi analitik Denis Korkodinov deyib. 

“Bu arada, İran düşmənlərinə qarşı Suriya müxalifətinin qüvvələrindən istifadə etməklə asimmetrik müharibə aparmağı bacarır. Tehran 1980-1988-ci ildə İraqla münaqişədən sonra heç bir müstəqil respublika ilə genişmiqyaslı müharibədə iştirak etməyib. 

Bunları nəzərə alaraq, ehtimal etmək olar ki, Suriya sərhədləri daxilində İran qüvvələri ilə istənilən döyüşdə İsrail qalib gələ bilər. Ancaq bu, Tehran və Təl-Əviv arasındakı münaqişədə yalnız iki dövlətin qüvvələrinin iştirakı zamanı baş verə bilər”, - ekspert qeyd edib. 

Onun fikrincə, İsrail ordusunun 2006-cı ildə “Hizbullah”la toqquşması zamanı çox sayda raket arsenalı ələ keçirilib ki, bunlar da İsrailin istənilən hissəsinə atıla bilər. 

“Livan İsrailin müdafiəsi üçün “Dəmir gümbəz” və “Atəş” kimi sistemləri təhvil verməkdən imtina edə bilər. 

Buna görə də, İran-İsrail münaqişəsinin başlanması ilə Tehran Livanı tərəfdaşı kimi müharibəyə cəlb edə bilər, Təl-Əviv isə ilk cəhdlə Livandakı hərbi obyektləri məhv etməyə çalışacaq”, - Korkodinov qeyd edib. 

O əlavə edib ki, İranın Suriyada raket qüvvələri ilə ciddi problemləri ola bilər, çünki ayətullah rejiminin İsrail hücumlarını qarşılaya biləcək heç bir vəsaiti yoxdur. 

“İran Suriyada İsrailə qarşı durmaq üçün Rusiya Silahlı Qüvvələrindən çox asılıdır”, - ekspert əlavə edib. 

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri