13 
İyn
2018
12:50
91
234
14059
Virtual karabakh

Azərbaycanlı meri altı il həbs cəzası gözləyir – VİDEO + YENİLƏNİB

13 İyn, 2018
12:50
14059

Azərbaycanlı meri altı il həbs cəzası gözləyir – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yerli sakinlərə “insanlıqdankənar və alçaldıcı” formada davranan Gürcüstanın Marneuli şəhərinin meri Temur Abazovu altı ilə qədər həbs cəzası gözləyir. 

Oxu.Az xəbər verir ki, bununla bağlı Gürcüstan Baş Prokurorluğu məlumat yayıb. 

Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs “Facebook” üzərindən canlı yayım edərək T. Abazov və "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib.

Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi videogörüntü sosial şəbəkədə yayılıb. Videogörüntüdə T. Abazovun da olduğu iddia olunur.

11:23

Gürcüstanın Marneuli şəhərinin azərbaycanlı meri Temur Abazov saxlanılıb.

Oxu.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onun saxlanılmasına səbəb kimi sakinlərlə pis rəftarı göstərilir.

Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs “Facebook” üzərindən canlı yayım edərək T. Abazov və “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib.

Bir müddət sonra həmin adamın aşağılayıcı münasibətin qurbanı olması barədə videomaterial paylaşılıb. 

Bu material yayıldıqdan sonra hüquq-mühafizə orqanları T.Abazovu saxlayıblar.

Videogörüntüdə T. Abazovun da olduğu iddia olunur.

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri