13 
İyn
2018
15:47
49
165
2622
Virtual karabakh

Gürcüstan Prokurorluğu azərbaycanlı deputatı ittiham edir

13 İyn, 2018
15:47
2622

Gürcüstan Prokurorluğu azərbaycanlı deputatı ittiham edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan Prokurorluğu Vahid Milli Hərəkat Partiyasının parlamentdə olan deputatı Azər Süleymanovu Marneuli şəhər sakini Elçin Allahverdiyevə qarşı pis rəftarda ittiham edib. 

Oxu.Az xəbər verir ki, Tbilisidə etiraz aksiyasında Marneuli sakini Elçin Allahverdiyev adlı şəxs “Facebook” üzərindən canlı yayım edərək Teymur Abazov və “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib.

Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi videogörüntü sosial şəbəkədə yayılıb.

Video “Motinor studiyası” tərəfindən yayımlanıb. 

“Parlamentin üzvü Azər Süleymanov Elçin Allahverdiyevdən sosial şəbəkədə canlı yayım zamanı kimin sifarişini yerinə yetirdiyini aydınlaşdırmağı tələb edib. Marneuli şəhər Şurasının deputatı Ramin Allahverdiyev və E.Q. adlı sakin Elçin Allahverdiyevə bədən xəsarətləri yetirib”, - Prokurorluğun məlumatında deyilir. 

Prokurorluğun məlumatlarına görə, hadisə Milli Hərəkatın ofisində baş verib. Daha sonra Elçin Allahverdiyev şəhər meri Abazovun gözlədiyi restoranlardan birinə aparılıb.

Abazov Allahverdiyevin üzünə tüpürüb və onu vurub. Bundan sonra Allahverdiyev canlı yayım vasitəsilə təhqir etdiyi şəxslərdən üzr istəyib. 

Bu gün səhər saatlarında Marneuli meri Teymur Abazov saxlanılıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri