13 
İyn
2018
19:42
129
50
8146
Virtual karabakh

Rus “Pansırı”nın qatili nümayiş olundu – VİDEO

13 İyn, 2018
19:42
8146

Rus “Pansırı”nın qatili nümayiş olundu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin “IMS” və “IAI”  hərbi sənaye şirkətləri “Rampage” adlı səs sürətini üstələyən “hava-yer” tipli yeni raket yaradıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Ynetnews” məlumat yayıb.

Raket 150 kilometrə qədər məsafəni qət edə bilir. Korpusunun uzunluğu 4,7 metr, çəkisi 150 kiloqram təşkil edir. 2019-cu ildən etibarən İsrail hərbi hava qüvvələrinin arsenalına daxil olacağı gözlənilir.

Silah “F-15 Eagle”, “F-16 Fighting Falcon” və “F-35 Lighning II” qıcırıları və bombardmançılarında istifadəsi üçün nəzərdə tutulub. Əsas təyinatı düşmənin zenit-raket komplekslərini və zəruri obyektlərini məhv etməkdir.

“The Drive” nəşrinə görə, bu silah Suriya hərbi kampaniyası və ya İrana qarşı potensial əməliyyatlar zamanı İsrail ordusunun işinə yarıya bilər.

Xatırldaq ki, 2018-ci ilin may ayında İsrail hava qüvvələri Suriyada hava sipərini yararaq Rusiya istehsalı olan “Pansır-C1” raket-top kompleksini məhv edib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri