17 
İyn
2018
12:27
43
767
6000
Virtual karabakh

Əfqanıstanda partlayışda ölənlərin sayı artıb – YENİLƏNİB + FOTO

17 İyn, 2018
12:27
6000

Əfqanıstanda partlayışda ölənlərin sayı artıb – YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şənbə günü Əfqanıstanın şərq əyaləti Nanqarharda kamikadzenin törətdiyi partlayış nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, daha 65 insan yaralanıb.

Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə “Pajvak” agentliyi məlumat yayıb.

Bundan əvvəl Ramazan bayramı günü törədilən partlayış zamanı 26 nəfərin öldüyü, 50-dən çox insanın isə yaralandığı bildirilirdi.

İŞİD terror təşkilatı partlayışla bağlı məsuliyyəti öz üzərinə götürüb.

16 iyun 20:12

Əfqanıstanda Ramazan bayramı atəşkəsi hökumət tərəfindən uzadılıb. Həbsdəki “Taliban” yaraqlıları azadlığa buraxılıb.

Oxu.Az xəbər verir ki, bu gün əllərində çiçəklərlə Kabilə gələn yaraqlılar daxili işlər naziri ilə görüşüblər.

Ancaq sevinc uzun sürməyib. Paytaxtda sevinc və bayram şənlikləri olduğu bir vaxtda Nanqarharda “Taliban” yaraqlıları və əsgərlərin toplandığı ərazidə partlayış baş verib.

26 nəfər ölüb. Yaralılar xəstəxanalara aparılıb. Ölü sayının artacağı istisna edilmir.

Hücumu İŞİD öz üzərinə götürüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri