16 
İyn
2018
20:39
33
140
2437
Virtual karabakh

Afinada “ad problemi” aksiyaları: Polis bibər qazından istifadə edib

16 İyn, 2018
20:39
2437

Afinada “ad problemi” aksiyaları: Polis bibər qazından istifadə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunanıstanın paytaxtı Afinada yunan və makedon hökumətləri arasında “ad problemi” məsələsində gəlinən ortaq nəticə etirazlara səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı yüzlərlə insan küçələrə çıxıb.

“Makedoniya yunandır” şüarı səsləndirən qrup “Makedoniyadan əlinizi çəkin” pankartları daşıyıblar.

Sintaqma meydanındakı Məclisin önünə toplaşan etirazçılar iki hökumətin anlaşmasına etiraz edib, Məclis binasına girməyə çalışıblar. Ancaq polis onların geri çəkilməsi üçün bibər qazından istifadə edib.

Makedoniya müstəqilliyini elan etdiyi 1991-ci ildən bəri Yunanıstanla davam edən ad problemi səbəbindən Avropa İttifaqı və NATO-ya daxil ola bilmir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri