16 
İyn
2018
22:46
1003
42
22458
Virtual karabakh

Azərbaycanlı əsirlərə işgəncə verən general həbs edildi

16 İyn, 2018
22:46
22458

Azərbaycanlı əsirlərə işgəncə verən general həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan parlamentinin deputatı, Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının işğalı zamanı erməni ordusunun V briqadasına başçılıq edən cinayətkar general Manvel Qriqoryan və kriminal avtoritet “Don Pipo” kimi tanınan Artur Asatryan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında məlumat verilir.

Məlumata əsasən, Qriqoryan və Asatryan Eçmiədzin şəhərində keçirilən əməliyyat nəticəsində həbs ediliblər. Axtarış zamanı külli miqdarda silah və sursat da aşkar edilərək götürülüb.

Manvel Qriqoryan qanunsuz silah əldə etmə və saxlamada ittiham edilir.

Xatırladaq ki, Manvel Qriroryan Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının işğalı zamanı azərbaycanlı əsirlərə qarşı xüsusi amansızlığı ilə seçilib. 

Bir müddət əvvəl isə Manvel Qriqoryan kəlbəcərli girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevi güllələmək lazım olduğunu bildirmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri