18 
İyn
2018
17:19
79
684
9464
Virtual karabakh

Yaponiyada zəlzələ: ölənlər var - VİDEO + YENİLƏNİB

18 İyn, 2018
17:19
9464

Yaponiyada zəlzələ: ölənlər var - VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Honsü adasının cənub-qərbində 6,1 bal gücündə zəlzələ nəticəsində yaralanan insanların sayı 360 nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu haqda NHK telekanalı məlumat yayıb.

İtki sayı əvvəlki kimi üç nəfər təşkil edir.

10:25

Yaponiyanın Osaka şəhərində baş vermiş zəlzələdə həlak olanlar və ya yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb.

Oxu.Az xəbər verir ki, bu haqda XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

O bildirib ki, Azərbaycanın Yaponiyadakı səfirliyi məsələni diqqətdə saxlayır.

08:59

Yaponiya hökuməti zəlzələ nəticəsində üç nəfərin həlak olduğunu təsdiqləyib.

Oxu.Az xəbər verir ki, bu haqda NHK telekanalı məlumat yayıb.

Məlumata görə, Takasuki şəhərində doqquz yaşlı şagird məktəbin hovuz zalında çökmüş divarın altında qalıb.  Osaka şəhərində isə iki nəfər həlak olub.

Yaralı sayı 50 nəfərdən çoxdur.  Ciddi dağıntılar barədə məlumat olmasa da, təbii fəlakət ölkənin aviasiya və dəmiryolu nəqliyyatını iflic edib. Ölkənin cənub-qərb bölgəsində sürət və adi qatarların hərəkəti tamamilə dayandırılıb.

11:36 (17 iyun)

Bu gün Yaponiyada 7 maqnitudalı zəlzələ olub.

Oxu.Az TASS-a istinadla xəbər verir ki, zəlzələ Xonsyu adasının mərkəzindəki Qumma əyalətində qeydə alınıb.

Yaponiya Meteoroloji İdarəsi zəlzələnin ocağının 20 km dərinlikdə yerləşdiyini açıqlayıb.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri