17 
İyn
2018
17:10
233
92
4449
Virtual karabakh

Londonda daxili işlər nazirinin telefonunu oğurlayıblar

17 İyn, 2018
17:10
4449

Londonda daxili işlər nazirinin telefonunu oğurlayıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavidə mopedlə hücum edilib.

Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə nazir “The Sun”a verdiyi müsahibədə bildirib.

“Hücum bir neçə ay əvvəl olub. Hadisə Londonda Yuston vağzalı yaxınlığında baş verib”.

Nazirin sözlərinə görə, o, telefonunu götürərək taksi çağırmaq istəyib. Lakin qəfildən hücuma məruz qalıb:

“Mən nə baş verdiyini anlayana qədər artıq hər şey bitmişdi. Onlar sadəcə yaxınlaşdılar, telefonu aldılar və qaçdılar”.

Qeyd edək ki, Sacid Cavid bu ilin aprelin 30-da daxili işlər naziri təyin edilib. Bundan əvvəl isə region məsələləri və yerli idarəetmə üzrə nazir olub.

S. Cavid Pakistan əsilli miqrant ailəsində anadan olub, Böyük Britaniyada etnik azlığa mənsub ilk daxili işlər naziridir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri