22 
İyn
2018
21:24
30
223
11574
Virtual karabakh

Yolda şütüyən BMP avtomobili xurd-xəşil etdi - VİDEO

22 İyn, 2018
21:24
11574

Yolda şütüyən BMP avtomobili xurd-xəşil etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusun Qrodno şəhəri yaxınlığında piyada döyüş maşını (BMP)  içində sürücünün olduğu minik avtomobilini əzib.

Oxu.Az xəbər verir ki, bu haqda “AvtoQrodno” məlumat yayıb.

Məlumata görə, hərbi texnikadan ibarət mütəşəkkil dəstə şəhər istiqamətində irəliləyib. Döngədə BMP-lərdən birinin sürücüsü idarəetməni itirərək qarşı hərəkət zolağına çıxıb.

Hərbi texnika minik avtomobilinin qismən üzərinə çıxıb və kuzovun deformasiyası nəticəsində sürücü çıxılmaz vəziyyətdə qalıb.

Zərbədən sürücünün oturacağı uzanma vəziyyəti alıb və həmin şəxs yaralanıb.  Xəstəxanaya çatdırılan sürücünün xəsarətlərinin həyati təhlükəli olmadığı bildirilir.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri