22 
İyn
2018
21:55
92
227
8178
Virtual karabakh

İsveç şəhərinə nəhəng siçovullar hücum edib

22 İyn, 2018
21:55
8178

İsveç şəhərinə nəhəng siçovullar hücum edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçin Sundzval şəhərini nəhəng ölçülü siçovullar basıb.

Oxu.Az xəbər verir ki, bu haqda “The Local” məlumat yayıb.

Şahidlərin dediyinə görə, Sundzvalda peyda olan siçovullar İsveç meşələrində olan gəmiricilərə bənzəmir.

“Bu sizin üçün adi meşə siçovulları deyil, onlar həqiqətən pişik ölçüsündədirlər”, - deyə sakinlərdən biri söyləyib.

Şəhərin rayonlarından birində gəmiricilərə görə sakinlərə evlərin qapı və pəncərələrini bağlı saxlamaları, parklarda və ictimai yerlərdə qida tullantıları saxlamamaları, məktəblərdə tənəffüslər zamanı şagirdləri çölə buraxmamaları xəbərdar edilib.

İlkin ehtimala görə şəhərə siçovulların doluşmasına səbəb tullantıların utilizasiyası mərkəzinin başqa əraziyə köçürülməsi, beləcə gəmiricilərin öz doğma məskənlərindən məhrum olmalarıdır.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri