22 
İyn
2018
22:55
238
60
1580
Virtual karabakh

Əsəd: ABŞ-la danışıqlar vaxt itkisidir

22 İyn, 2018
22:55
1580

Əsəd: ABŞ-la danışıqlar vaxt itkisidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriya prezidenti Bəşər Əsəd bildirib ki, indiki zamanda ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq boşuna vaxt itkisinə bərabərdir.

Oxu.Az xəbər verir ki, bunu Suriya lideri NTV telekanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, amerikalı prezidentlər bir qayda olaraq “lobbiçilərin əsiri” olur.

“Onlar sənə eşitmək istədiklərini desə də, həmin şeyin tam əksini edirlər...Bunu Trampın timsalında da görmək olur”, - deyə Əsəd qeyd edib.

Bundan əvvəl Əsəd Trampın onu “heyvərə” adlandırmasına münasibət bildirmişdi. Əsəd Trampın səviyyəsinə düşüb, oxşar ifadələr işlətmək istəmədiyini diqqətə çatdırmışdı.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri