22 
İyn
2018
23:39
301
28
6442
Virtual karabakh

Kolumbiyalı turistlər sərxoş rusu ölümdən qurtardı - VİDEO

22 İyn, 2018
23:39
6442

Kolumbiyalı turistlər sərxoş rusu ölümdən qurtardı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kazan şəhərində kolumbiyalı futbol azarkeşləri sərxoş vəziyyətdə çayda batmaq təhlükəsi ilə üzləşmiş yerli sakini xilas edib.

Oxu.Az xəbər verir ki, həddin artıq spirtli içki qəbul etmiş həmin şəxs birdən birə soyunaraq, Kazanka çayına baş vurub.

Yaxınlıqdakı kafedə əyləşən kolumbiyalı turistlər əvvəl kişinin hansısa mübahisədə iştirak etdiyini zənn edib, ancaq sonradan onun müstəqil şəkildə sudan çıxa bilmədiyini görüblər.

Beləcə fanatlar buna biganə qalmayaraq çəpəri aşıblar və sərxoş kişini kəndirin köməkliyi ilə quruya qaldırıblar.

Xilas edilən kişi kefli olmasına baxmayaraq, nəzakətli insan olub. Belə ki, xilaskarlarına ingilis dilində təşəkkür edib: “I love you.Thank you!”

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri