23 
İyn
2018
01:12
45
127
2153
Virtual karabakh

Yunanıstanın baş naziri ilk dəfə qalstuk taxdı

23 İyn, 2018
01:12
2153

Yunanıstanın baş naziri ilk dəfə qalstuk taxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunanıstanın baş naziri Aleksis Tsipras ilk dəfə olaraq ictimaiyyət qarşısına qalstukda çıxıb.

Oxu.Az bu haqda “RİA Novosti”yə istinadən xəbər verir.

Buna qədər baş nazir prinsipial olaraq, hətta qeyri-rəsmi təbdirlərə belə qalstuk taxmırdı.

Habelə Yunanıstanın dövlət borcu ilə bağlı probleminin həllini tapacağı təqdirdə qalstuk geyməyə başlayacağına söz vermişdi.

“Gördüyünüz kimi bu gün qalstukdayam. Söz verdinsə gərək yerinə yetirəsən...Bu gün tarixi bir gündür. Biz kreditorlarla bağlanmış memorandumdan çıxırıq”, - deyə Tsipras bildirib.

Solçu dövlət başçısının sözlərinə görə, Yunanıstan yenidən “normal ölkəyə” çevrildi və Afina ölkənin siyasi-iqtisadi suverenliyini bərpa etməyə davam edəcək.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri