23 
İyn
2018
01:45
275
32
2464
Virtual karabakh

BMT rus qoşunların Dnestryanı bölgədən çıxarılmasını tələb etdi

23 İyn, 2018
01:45
2464

BMT rus qoşunların Dnestryanı bölgədən çıxarılmasını tələb etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT baş assambleyasında rus hərbçilərdən ibarət sülhməramlı qüvvələrin Dnestryanı bölgədən dərhal və tamamilə çıxarılmasına çağıran qətnamə layihəsi qəbul olunub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, sənədin lehinə 64 ölkə səs verib.

15 üzv dövlət əleyhinə səs verib. 83 ölkə bitərəf qalmağa üstünlük verib.

Qətnamə layihəsinin əsas təşəbbüskarı Moldovadır. Sənədin hazırlanmasında bundan başqa Gürcüstan, Kanada, Latviya, Litva, Rumıniya, Ukrayna və Estoniya nümayəndələri iştirak edib.

Həmçinin sənədə əsasən, xarici silahlı qüvvələrin Moldava Respublikası ərazisindən tamamilə çıxarılması məsələsinin Baş assambleyanın 73-cü sessiyasının gündəminə daxil edilməsi qərara alınıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri