25 
İyn
2018
21:36
343
20
3481
Virtual karabakh

Sarkisyanın mühafizə xidmətinin başçısı həbs olundu

25 İyn, 2018
21:36
3481

Sarkisyanın mühafizə xidmətinin başçısı həbs olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın dövlət təhlükəsizlik xidmətinin əməliyyatçıları ölkənin Dövlət mühafizə xidmətinin keçmiş birinci katibi general-mayor Vaçaqan Kazaryanı həbs edib.

Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Kazaryan keçmiş prezident Serj Sarkisyanın hakimiyyəti zamanı “sürücü Vaço” adı ilə tanınıb və Sarkisyanın ən yaxın silahdaşlarından olub.

Məlumata görə, Sarkisyan rejiminin korrupsiya sxemlərinə məhz bu şəxs nəzarət edib.

Qeyd edək ki, Kazaryan gəlirləri ilə bağlı bəyannamədə yalan məlumatlar verməkdə və qanunsuz yolla varlanmada şübhəli bilinir. Onun Yerevanda yerləşən “Yans” restoran kompleksində axtarış zamanı, 1,1 milyon dollar, 230,5 min avro və 36 milyon dram pul aşkarlanıb.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri