26 
İyn
2018
11:39
326
37
3281
Virtual karabakh

Rusiyalı hərbçi Gümrüdə öldü - FOTO

26 İyn, 2018
11:39
3281

Rusiyalı hərbçi Gümrüdə öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az erməni KİV-ə istinadla xəbər verir ki, qəza Gümrü şəhərindəki “Uri” alayının yaxınlığında meydana gəlib.

Hadisə yerinə dərhal xilasedicilər cəlb edilib. 

Qəza zamanı “Nissan X Trail” avtomobil yol kənarında park edilmiş qoşquya çırpılıb. Hadisə nəticəsində sürücü - 22 yaşlı Rusiya vətəndaşı Vladislav Kulakov ölüb.

Onun Gümrüdəki Rusiya hərbi bazasında xidmət etdiyi və kiçik leytenant rütbəsinə malik olduğu bildirilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri