İyl
2018
10:41
46
163
2877
Virtual karabakh

Trampın “Twitter” açıqlaması immiqrantları özündən çıxartdı

1 İyl, 2018
10:41
2877

Trampın “Twitter” açıqlaması immiqrantları özündən çıxartdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qeyri-leqal miqrantlar məhkəmənin qərarı olmadan ölkədən deportasiya edilməlidirlər.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində bildirib.

“Biz onları dərhal, məhkəmə qərarı olmadan geri göndərməliyik. ABŞ-da qeyri-qanuni miqrantların deportasiyası üçün məhkəmə qərarının olmasını tələb edən qanunlar dünyanın ən səfeh qanunlarıdır”, – deyə Tramp qeyd edib.

Qeyd edək ki, bu arada ABŞ-da prezident Donald Trampın immiqrasiya siyasətinin əleyhinə yüzlərlə kütləvi etiraz aksiyaları təşkil olunub. Aksiyalar Boston, Vaşinqton, Denver, Nyu York və Dallasda təşkil olunub.

Etirazçılar sərhəddə saxlanılan qanunsuz miqrantların uşaqlarının valideynlərinə qaytarılmasını tələb edirlər.  

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri