İyl
2018
16:51
153
95
3192
Virtual karabakh

Ekspert: Paşinyan ordunun genişləndirilməsi illüziyasını yaradır

4 İyl, 2018
16:51
3192

Ekspert: Paşinyan ordunun genişləndirilməsi illüziyasını yaradır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan daxili qoşunlarının Qarabağa və Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi kifayət qədər bayağı əsaslara malikdir. 

Bu fikirləri Oxu.Az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. 

O bildirib ki, ölkədə bir çox proseslərin optimallaşdırılması gedir, böyük pullar yoxdur, generalların səs-küylü həbsindən sonra ordu və polisin birgə fəaliyyətinə qərar verilib. 

“Az maaşla daxili qoşunları bura göndərmək yeni qüvvə yaratmaqdan daha münasibdir. Demək olar ki, Nikol Paşinyanın qərarından hələlik narazı olanlar yoxdur. Bu qüvvələr həqiqi döyüş şəraitinə düşməyənədək qərardan narazı olmayacaqlar”, - ekspert əlavə edib. 

Onun sözlərinə görə, onlar simvolik pullar üçün müharibəyə qatılmaq fikrində deyillər və Paşinyan bu addımla ordunun genişləndirilməsi illüziyasını yaradır.

“Eyni zamanda, onlar Ermənistan tərəfinin qüvvələrin artırılması təsəvvürünü yaratmağa qadirdir”, - Trofimçuk deyib. 

Müsahib bildirib ki, qüvvələrin göndərilməsinin digər ehtimalı Nikol Paşinyanın Qarabağın daxilindəki vəziyyətə inamsızlığıdır. 

“Boko Saakyanın yeni baş nazirə olan münasibəti səbəbindən Qarabağın gələcəkdə öz xəttini seçmə ehtimalı var. Yeni qüvvələr bu vəziyyətdə Paşinyana yardımçı olacaq. Qeyd etmək istərdim ki, daxili qoşunların yeni baş nazirə sadiqliyini hələlik heç kəs yoxlamayıb. Onların Yerevandan uzaq olması daha yaxşıdır”, - analitik qeyd edib. 

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri