İyl
2018
11:03
207
31
4527
Virtual karabakh

“Nəhəng ticarət müharibəsi” başladı

6 İyl, 2018
11:03
4527

“Nəhəng ticarət müharibəsi” başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün ABŞ prezidenti Donald Trampın Çindən idxal olunan məhsullara 25 faizlik rüsum tətbiq edilməsi ilə bağlı qərarı qüvvəyə minir. 

Oxu.Az xəbər verir ki, Pekin “nəhəng ticarət müharibəsi”nin başlandığını elan edib. 

Tramp bu qərarın yalnız Çinə aid olduğunu bildirib. 

Bununla yanaşı, Çinin kommersiya naziri bəyan edib:

“ABŞ iyulun 6-dan etibarən Çindən idxal olunan və ümumi dyəri 34 milyard dollar olan məhsullara 25 faizlik rüsum tətbiq etməyə başlayacaq. Bununla ABŞ Beynəlxalq Ticarət Təşkilatının qaydalarını pozur və iqtisadiyyat tarixində nəhəng ticarət müharibəsi başlayır”. 

Əlavə edilib ki, Çin rəhbərliyi ABŞ hökumətinin bu qərarına qarşı cavab tədbirləri görmək məcburiyyətindədir. 

“Çin ilk atəşi açmadı, ancaq indi dövlətin maraqlarını qorumaq məcburiyyətindədir və buna görə də cavab zərbələri endiriləcək”, - məlumatda deyilir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri