10 
İyl
2018
13:16
185
10
1096
Virtual karabakh

Erməni qaçaqmalçılar Polşada hakim qarşısına çıxarıldı

10 İyl, 2018
13:16
1096

Erməni qaçaqmalçılar Polşada hakim qarşısına çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polşada siqaret qaçaqmalçılığı ilə məşğul olan dəstənin üzvləri hakim qarşısına çıxarılıb. 

Oxu.Az “Gazeta Wyborcza” nəşrinə istinadla xəbər verir ki, müttəhimlər kürsüsündə 18 nəfər Ermənistan və Polşa vətəndaşları olub. 

“Onlar qaçaqmalçılıqla yanaşı, vergidən yayınmada ittiham olunurlar”, - Katovitse şəhərinin prokurorluğunun nümayəndəsi Marta Zavada-Dıbek bildirib. 

Məlumatlara görə, dəstəyə 38 yaşlı erməni rəhbərlik edib. Onlar 2016-cı ildən Çexiya və Slovakiya sərhədlərində fəaliyyət göstərib. Gətirilən mallar yerli bazarda, bir hissəsi isə Fransada satılırdı. 

Bunun nəticəsində Polşa büdcəsinə 3 milyon dollar zərər dəyib. 

Dəstənin bir çox üzvləri öz əməllərini etiraf edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri