11 
İyl
2018
14:37
299
73
5633
Virtual karabakh

Eston polkovniki: Rusiya ordusu Tallində məhv ediləcək

11 İyl, 2018
14:37
5633

Eston polkovniki: Rusiya ordusu Tallində məhv ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya ordusu iki gün ərzində Estoniyanın paytaxtı Tallinədək irəliləyə bilər, ancaq burada onu məhv olma təhlükəsi gözləyir. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “Politico” nəşrinə Estoniya Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyatlar Birliyinin komandanı, polkovnik Rixo Yuxteqi deyib. 

“Onlar Tallinə qədər irəliləyə bilər, ancaq sonra biz onların kommunikasiya xətlərini, təchizat yollarını kəsəcəyik. Onlar iki günə Tallinə çata bilər, ancaq onlar Tallində öləcəklər. Hər addımda hər bir küncdən onlara atəş açılacaq”, - hərbçi bildirib. 

Yuxteqinin fikrincə, Rusiyaya uğurlu müqavimət üçün Estoniyanın ölkənin hər bir vətəndaşının töhfəsinə ehtiyacı var.

“Mən bilmirəm, ruslar müharibə başlasa, nə olacaq. Mən bilirəm ki, hər bir estoniyalı döyüşəcək”, - polkovnik qeyd edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri