11 
İyl
2018
16:45
200
42
4077
Virtual karabakh

Azərbaycanlı biznesmenin qatillərinə hökm oxundu

11 İyl, 2018
16:45
4077

Azərbaycanlı biznesmenin qatillərinə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2016-cı ilin yayında Sofiyskaya tərəvəz bazasında törədilmiş qətllə bağlı Peterburq məhkəməsi qərar çıxarıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı şəhər məhkəməsinin mətbuat xidməti məlumat yayıb. 

“Məhkəmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Əfqan Əliyevi 12 il, Vüsal Əsgərovu 10 il 6 ay müddətinə azadlıqdan məhrum edib”, - məlumatda deyilir.

Qərarda bildirilib ki, V.Əsgərov qətlin təşkil olunmasına görə naməlum şəxslərdən 10 milyon rubl alıb. Hadisəni törətməkdə dəstək məqsədilə o, Ə.Əliyevə 3 milyon rubl vəd edib. Onlar öz növbəsində cinayətə 800 min rubl qarşılığında Emil Hüseynovu qatıblar. 

2016-cı il iyunun 20-də E.Hüseynov sifariş edilən şəxsi güllələyib. Hadisə yerindən qaçan zaman o, şahidləri ölümlə hədələyib.

Cinayəti törədənlər hesab edirdilər ki, bu hadisə ölən şəxsin qardaşının Peterburqa qayıtmasına səbəb olacaq və onlar həmin kişini də qətlə yetirəcəklər. Planın ikinci hissəsi baş tutmayıb və hər 3 şəxs saxlanılıb. 

Qeyd edək ki, 26 yaşlı E.Hüseynovun güllələdiyi şəxs 44 yaşlı Azərbaycan vətəndaşıdır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri