11 
İyl
2018
20:16
371
53
4506
Virtual karabakh

Türkiyə Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edəcək

11 İyl, 2018
20:16
4506

Türkiyə Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ nümayəndə heyəti iyulun 13-də Fətullah Gülənin verilməsi və FETÖ terror təşkilatı ilə mübarizəni müzakirə etmək üçün Türkiyəyə səfər edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy bildirib.

“Texniki səviyyədə biz ABŞ-la ikitərəfli münasibətlərimizin müxtəlif aspektlərini müntəzəm olaraq müzakirə edirik.

Bununla əlaqədar iyulun 13-də Ankarada iki ölkənin Xarici İşlər, Ədliyyə və Daxili İşlər nazirliklərinin vəzifəli şəxslərinin iştirakı ilə FETÖ terror təşkilatı ilə mübarizə və Fətullah Gülənin Türkiyəyə verilməsi məsələsi müzakirə olunacaq.

Həmçinin “Halkbank”ın keçmiş baş direktorunun müavini Hakan Atillanın işi və Türkiyədə saxlanılan ABŞ vətəndaşları ilə bağlı məsələlər də müzakirə ediləcək”, - H.Aksoy deyib.

Xatırladaq ki, Türkiyə hakimiyyəti F.Güləni 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham edir və ABŞ-dan onun ekstradisiyasını tələb edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri