12 
İyl
2018
14:19
55
342
36403
Virtual karabakh

Adnan Oktarın seks kölələrindən şok etiraf-VİDEO

12 İyl, 2018
14:19
36403

Adnan Oktarın seks kölələrindən şok etiraf-VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən 235 müridi ilə birlikdə həbs edilən Adnan Oktarın dəstəsinin daha 22 üzvü saxlanılıb. Onlardan 9-u qadındır. 

Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Türkiyə polisindən verilən məlumatda əməliyyatın Kandillidə Oktarın nəzarətində olan 100 mənzillik evdə aparıldığı bildirilib. 

Əməliyyat zamanı 2 nəfər polisə silahlı müqavimət göstərib. Onlar təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb. 

Bu arada, Adnan Oktarın dəstəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Bununla bağlı Oktarın “keçmiş kediciy”i olaraq tanınan Ceylan Özgül danışıb. O bildirib ki, Oktar xəstəliyi ilə əlaqədar onunla cinsi əlaqədə ola bilmirdi:

“O, qadınlara qul kimi baxırdı. Cinsi əlaqədə olmur, amma fərqli metodlardan istifadə edir. Yaş fərq etmir, hər qıza eyni şeyi edirdi. Əslində bu təcavüzlər əsasən öncə müridlərlə başlayırdı, sonra bu qızlar Adnan Oktara gətirilirdi”. 

Özgül deyib ki, təcavüzə uğrayanlar arasında 7-10 yaşında qızlar da olub. 

Bundan başqa, yayılan məlumatlarda təşkilatın 95 yerdə evləri kirayələdiyi bildirilib. İtaətsizlik göstərən qıza 24 saatda 20 kişi tərəfindən təcavüzə məruz qalırdı. Qızlar üzərində işlər aparılır və onlar robot halında Oktara tabe edilirdi. 

Qeyd edək ki, saxlanılanlardan 70-i Adnan Oktara qarşı ifadə verib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri