12 
İyl
2018
17:21
25
92
3139
Virtual karabakh

Türkiyə parlamentinin yeni sədrini seçmək mümkün olmadı

12 İyl, 2018
17:21
3139

Türkiyə parlamentinin yeni sədrini seçmək mümkün olmadı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Böyük Millət Məclisində (TBMM) yeni spikeri (başqanı) seçmək mümkün olmayıb.

Oxu.Az-ın xəbərinə görə, belə ki, birinci turda TBMM sədrliyinə namizədlərdən heç biri yetərli-400 səs toplaya bilməyib.

İlk səsvermənin sonucunda AKP İzmir millət vəkili Binəli Yıldırım 331, CXP İzmir millət vəkili Erdoğan Toprak 134, HDP Siirt millət vəkili Meral Danış Beştaş 65, İYİ Parti İstanbul millət vəkili Hayrettin Nuhoğlu 43  və Səadət Partiyası İstanbul millət vəkili  Nazır Cihangir İslam 4 səs qalıb.

Odur ki, TBMM sədrliyinə seçimlər üçün 2-ci tura keçilib.

İkinci turda da spiker seçilmək üçün 400 millət vəkilinin səsini qazanmaq lazımdır.

Əgər ikinci turda da, lazımi səslər toplanmasa, 3-cü tura keçiləcək.

Üçüncü turda da spiker seçilmək üçün 301 deputatın səsini almaq tələb olunur.

Əgər üçüncü turda da TBMM-in sədri seçilməsə, 4-cü tura keçiləcək və ən çox səs qazanan şəxs yeni spiker seçiləcək.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri